
Türkiyə Qarabağın inkişafına 5 milyard dollar sərmayə qoyacaq
Türkiyənin Ticarət Naziri Ömer Bolat bildirib ki, Qarabağ iqtisadi regionunda həyata keçirilən layihələrə türk sərmayəsi təxminən 5 milyard dollar (8,5 milyard manat) təşkil edəcək.
Bu barədə oktyabrın 7-də nazirliyin mətbuat xidməti məlumat yayıb.
Vəsait yaşayış binalarının və sosial infrastrukturun, o cümlədən məktəblərin və xəstəxanaların tikintisinə sərf olunacaq.
Türkiyə şirkətləri həmçinin bölgədə yol tikintisi layihələrində iştirak edəcək.
Xatırladaq ki, Zəngəzur dəhlizinin ayrılmaz hissəsinə çevrilməsi planlaşdırılan Qars-Dilucu dəmir yolunun tikintisinə avqustun sonlarında başlanılıb. Bu layihəyə 110 milyard türk lirəsi (Təxminən 4,482 milyard manat –red.) investisiya qoyuluşu planlaşdırılır.
Almaz Həsənli
Digər xəbərlər