Alimlər müəyyən ediblər ki, dünyanın bir hissəsində okeanlar 34% daha sürətli qızır

Alimlər müəyyən ediblər ki, dünyanın bir hissəsində okeanlar 34% daha sürətli qızır

11:49
Bəyəndim (1) Bəyənmədim (0)

Yeni Zelandiyanı əhatə edən okeanlar qlobal orta səviyyədən 34% daha sürətli qızır. Oxuməni.az xəbər verir ki, bu barədə Yeni Zelandiya Ətraf Mühit Nazirliyinin və Statistika İdarəsinin "Our Marine Environment 2025" hesabatının məlumatları göstərir.

Hesabatda bildirilir ki, vəziyyət Yeni Zelandiyanın sahilyanı binalarını, infrastrukturunu və ekosistemlərini təhdid edir. Dəyəri 103 milyard dollar olan təxminən 219.000 bina və 15 milyard dollar dəyərində infrastruktur fırtına və daşqınların zərər çəkdiyi zonalarda yerləşir.

Alimlər hesab edirlər ki, 2050-ci ilə qədər bəzi ərazilərdə dəniz səviyyəsi 20-30 sm yüksələ bilər və bu, potensial olaraq illik "əsr fırtınaları"na səbəb ola bilər. Bundan əlavə, subtropik cəbhənin - soyuq və isti sular arasındakı sərhədin qərbə doğru 120 km sürüşməsi qeydə alınıb. Bu, ölkə ətrafında genişmiqyaslı okean sirkulyasiyasının dəyişməsini göstərə bilər.

Almaz Həsənli