Tramp Çikaqoya 300 Milli Qvardiya əsgərinin göndərib

Tramp Çikaqoya 300 Milli Qvardiya əsgərinin göndərib

10:22
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ Milli Qvardiyasının əsgərləri yerli hakimiyyətin etirazlarına baxmayaraq, İllinoys ştatının Çikaqo şəhəri ətrafına gəliblər. Bu barədə çərşənbə axşamı “Chicago Tribune” məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ ordusunun təlim mərkəzinin yerləşdiyi Elvud ətrafında kamuflyaj geyinmiş silahlı qoşunlar görüntülənib.
FTB direktoru Keş Patel çərşənbə axşamı günü X sosial mediada Çikaqoya getdiyini elan edərək, şəhərin "xilas olunacağını" qeyd edib.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl Çikaqoda asayişi bərpa etmək üçün Milli Qvardiyanın 300 əsgərini ora göndərib.
İllinoys ştatının qubernatoru, demokrat J.B.Pritsker prezidentin qərarını kəskin tənqid edib. O, yerli hakimiyyət orqanlarının Milli Qvardiya olmadan Çikaqoda təhlükəsizliyi təmin etməyə qadir olduğuna inanır.
ABŞ Milli Qvardiyası təbii fəlakətlərin aradan qaldırılması, evakuasiya və iğtişaşlara nəzarət kimi daxili fövqəladə hallarda yerləşdirilən ehtiyat qüvvədir.
Almaz Həsənli