
Helsinkidə prezident sarayının üzərində naməlum pilotsuz təyyarə görüntülənib
Bazar ertəsi Helsinkidə prezident sarayının yaxınlığında, məhdud hava hərəkəti zonasında uçan pilotsuz təyyarə görüntülənib. Bu barədə “Yle” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə şahidi pilotsuz uçan aparatı Helsinkidə prezident sarayı və qonşu binaların üzərində görüb. O, hadisə barədə təcili yardım xidmətinə məlumat verib. O, həmçinin yaxınlıqda dronları uçuran iki kişinin gördüyünü bildirib. Lakin onlar özlərini Honq-Konqdan gələn turistlər kimi təqdim ediblər.
Helsinki polisi pilotsuz təyyarə ilə bağlı insidentdən xəbərdar olduğunu bildirdi, lakin "dronun artıq qadağan olunmuş ərazidə olmadığı təsdiqləndiyi üçün" işi bağlamaq qərarına gəldi.
Polis şöbəsinin müfəttişi Markus Koskinen qeyd edib ki, hüquq-mühafizə orqanları adətən turistlər tərəfindən həyata keçirilən pilotsuz uçuşlar barədə həftəlik hesabatlar alır.
Son zamanlar Avropanın müxtəlif ölkələrində naməlum dronlarla bağlı xəbərlər artıb.
Əziz Mustafa