Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri nadir və bahalı “Jitel” RLS-i məhv edib

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri nadir və bahalı “Jitel” RLS-i məhv edib

07:56
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistem qüvvələri nadir və bahalı “Jitel” RLS-i məhv edib.

Bu barədə Telegram-da Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin 412-ci Nemesis alayına istinadən RBC-Ukrayna məlumat yayıb.

Bildirilib ki, 412-ci Nemesis alayının əsgərləri Ukrayna Dövlət Sərhəd Xidmətinin bölmələrindən birinin hava kəşfiyyatı ilə birgə Luqansk vilayətində Rusiyanın “Jitel” elektron döyüş stansiyasını aşkar edərək yandırıblar.

Stansiyanın dağıdılmasının videosu alayın Telegram kanalında yayımlanıb.

Əziz MUSTAFA