
Finlandiya bütün Rusiya idxalına tariflər tətbiq edə bilər
Finlandiya bütün Rusiya idxalına tariflər tətbiq etmək niyyətindədir. Reuters xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen Polşanın xarici işlər naziri ilə Varşavada görüşündən sonra bildirib.
Oktyabrın 6-da Varşavada Finlandiya və Polşanın xarici işlər nazirləri Elina Valtonen və Radoslav Sikorski arasında danışıqlar olub. Görüş ATƏT-in İnsan Ölçüsü üzrə illik Varşava Konfransı çərçivəsində baş tutub. Konfransdakı çıxışında Valtonen Rusiyanı beynəlxalq hüququ pozmaqda, Helsinki Yekun Aktının əsasında duran prinsipləri pozmaqda və “bəşəriyyətin özünə hücum etməkdə” ittiham edib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi konfransda iştirak etməyi planlaşdıran ən azı beş ekspertin onlara verilmiş vizalarının ləğv edildiyini bildirib. Moskva bu hərəkətləri Polşanın ATƏT qarşısında götürdüyü öhdəliklərin pozulması hesab edib. Bu arada Finlandiyanın xarici işlər naziri bildirib ki, builki konfrans rekord sayda iştirakçı cəlb edir - təxminən 1900 nəfər.
Əziz Mustafa