
Kreml NATO-ya hücum planını müzakirə edir
Alman kəşfiyyatında Kremlin NATO-ya hücum planını müzakirə etdiyinə dair sübutlar var.
Bu barədə Aİ-nin müdafiə komissarı Andrius Kubilius Wyborcza qəzetinə müsahibəsində bildirib.
"Alman kəşfiyyatı iddia edir ki, Kremlin NATO-ya hücumu müzakirə etdiyinə dair sübutlar var. Əgər bunu müzakirə edirsə, o, hücum planlaşdırırmı? Biz bilmirik. Amma bu cür siqnallara son dərəcə ciddi yanaşmaq lazımdır", - Kubilius deyib.
Avropa komissarı Rusiyanın həqiqətən də müharibəyə hazır ola biləcəyi ehtimalını istisna etməyib. Onun sözlərinə görə, NATO və Avropa da buna hazır olmalı və təkcə ukraynalıların deyil, həm də rusların özlərinin təcrübəsindən öyrənməlidir.
"Biz güclü şəkildə silahlanmalıyıq. Avropa Komissiyası hərbi sənayeni dəstəkləməyə başlayıb. Nəticədə 2025-ci ildə haubitsa sursatlarının istehsalı artacaq. Aİ-də yeni silah fabriklərinin tikildiyini görməkdən şadam. Biz yetişirik", - Kubilius qeyd edib.
Əziz Mustafa