
İsveç və Norveçdə Nobel Həftəsi başlayır – 2025-ci il laureatları tezliklə açıqlanacaq
İsveç və Norveçdə Nobel Komitəsinin elm, ədəbiyyat və sülh sahəsində görkəmli nailiyyətlərinə görə nüfuzlu mükafatın laureatlarını elan etdiyi illik tədbir olan Nobel Həftəsi başlayıb. Bu barədə Oxuməni.az Nobel Fondunun saytına istinadla məlumat yayıb.
Ənənəvi olaraq həftə fiziologiya və ya tibb üzrə laureatların elan edilməsi ilə başlayır – onların adları bu gün açıqlanacaq.
Fizika kateqoriyası üzrə qaliblər sabah, kimya üzrə çərşənbə, ədəbiyyat üzrə isə cümə axşamı elan olunacaq.
Həftə oktyabrın 10-da, cümə günü Norveçin paytaxtı Osloda Nobel Sülh Mükafatı laureatının elan ediləcəyi ilə yekunlaşacaq.
Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə mükafat laureatı oktyabrın 13-də Stokholmda elan olunacaq.
1895-ci ildə dinamit ixtiraçısı Alfred Nobelin vəsiyyəti ilə təsis edilən Nobel mükafatı görkəmli elmi tədqiqatlara, inqilabi ixtiralara, cəmiyyətə və mədəniyyətə mühüm töhfələrə görə verilir.
Bu il mükafat 11 milyon İsveç kronu (təxminən 1,2 milyon dollar) təşkil edir. Qaliblərə 18 karatlıq qızıl medal və diplom da veriləcək.
Mükafat mərasimi ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə Stokholm meriyasında keçiriləcək.
Almaz Həsənli