Tramp UFC döyüşlərinin onun ad günündə keçiriləcəyini açıqlayıb

Tramp UFC döyüşlərinin onun ad günündə keçiriləcəyini açıqlayıb

08:16
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp Ağ Evdə daha əvvəl elan edilmiş UFC döyüşlərinin onun ad günündə keçiriləcəyini açıqlayıb. Bu barədə “Reuters” məlumat yayıb.

“Gələn il iyunun 14-də Ağ Evin ərazisində böyük UFC döyüşü olacaq”, – Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin qarşıdan gələn 250 illik yubileyi münasibətilə Norfolk Dəniz Stansiyasında çıxışı zamanı deyib. Bu o deməkdir ki, tədbir Amerika liderinin 80 yaşı tamam olan gün baş tutacaq. İyul ayında o, 2026-cı ildə Ağ Evdə UFC tədbirinin keçiriləcəyini açıqlasa da, konkret tarix açıqlamayıb.

Reuters xəbər verir ki, Tramp UFC prezidenti Dana White-ı yaxın dost hesab edir və idman həvəskarlarına onun siyasi bazasının bir hissəsi kimi baxır, baxmayaraq ki, Tramp və Uayt arasında əlaqələr onun prezidentliyindən xeyli əvvələ gedib çıxır. Konkret olaraq, onlar 2000-ci illərə, Atlantik Sitidəki Tramp Tac Mahal otelinin ABŞ-da UFC tədbirlərinə ev sahibliyi etmək istəyən bir neçə məkandan biri olduğu vaxta təsadüf edir.

Bu həftə Uayt SPJ-yə UFC-nin tədbirdən sonra Ağ Evin qazonunda çəmənliyi əvəz etmək üçün 700.000 dollar xərcləyəcəyini söylədi.

Agentlik qeyd edir ki, Tramp prezidentliyindən bəri müntəzəm olaraq UFC döyüşlərində iştirak edib və sonuncu dəfə iyun ayında Nyu Cersidə keçirilən tədbirə qatılıb.


Xatırladaq ki, təxminən bir həftə əvvəl bədnam irlandiyalı Konor Makqreqorun səkkizbuluğa qayıtması üçün məşqləri rəsmən bərpa etdiyi açıqlanmışdı.

O, zədə səbəbindən üç illik fasilədən sonra ABŞ-da keçiriləcək tarixi UFC turnirinin bir hissəsi olacaq döyüşə hazırlaşır.

Söhbət konkret olaraq Vaşinqtonda Ağ Evin qazonunda keçiriləcək turnirdən gedir.

Əziz MUSTAFA