
Trampın İslandiyanı NATO-da saxlamasının səbəbi məlum olub
ABŞ prezidenti Donald Tramp Rusiya sualtı qayıqlarını izləmək zərurətinə görə İslandiyanı alyansda saxlamağa razılaşıb. NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bu barədə “The Guardian” nəşrinin çıxarışlarla dərc etdiyi “Mənim Nəzarətimdə: Müharibə Zamanında NATO-nun lideri” adlı avtobioqrafiyasında danışıb.
Stoltenberq xatırladır ki, Tramp üzv dövlətlərin müdafiəyə maliyyə töhfələri və ümumi təhlükəsizliyə balanslaşdırılmış yanaşmanın vacibliyini vurğulayır. Respublikaçı ən çox üzv dövlətlərin yalnız kiçik bir hissəsinin ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləməsi ilə bağlı narahat edirdi. İslandiyanın müzakirəsi kontekstində məlum oldu ki, öz silahlı qüvvələri olmadığından ölkə müəyyən edilmiş maliyyə investisiya tələblərini ödəyə bilməyəcək.
"Bəs onda biz İslandiyadan nə istəyirik?" – ABŞ prezidenti soruşdu.
Stoltenberq qeyd edir ki, ABŞ-ın müdafiə naziri Cim Mettis 2017-2019-cu illərdə Trampa NATO bazalarının alyansın sualtı qayıqları, gəmiləri və təyyarələri üçün strateji əhəmiyyətini izah edib. Mettis, Trampın Rusiya sualtı qayıqlarını izləməkdə maraqlı olmasının faydalı olacağını vurğulayıb.
Əziz Mustafa