
ABŞ tariflərdən hər il 1 trilyon dollardan çox gəlir əldə edəcək
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun tətbiq etdiyi idxal tarifləri hər il 1 trilyon dollardan çox gəlir gətirəcək. O, bu barədə One America News telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ tariflərdən artıq 200 milyard dollardan çox gəlir əldə edib. Tariflər “indicə bəhrəsini verməyə başlayır”, Tramp əlavə edib.
Tramp dəfələrlə bəyan edib ki, əksər ölkələrə tətbiq edilən idxal tarifləri ABŞ üçün qoruyucu mexanizmdir.
Donald Tramp BMT Baş Assambleyasının 80-ci Sessiyasının Ümumi Müzakirələrində çıxışı zamanı bəyan edib ki, Vaşinqton ədalətlilik və qarşılıqlılıq prinsiplərinə riayət olunmaq şərti ilə bütün ölkələrlə ticarət etməyə hazırdır.
Əziz MUSTAFA
Digər xəbərlər