Polşa “Şimal axını 2” partlayışı ilə bağlı bir ukraynalını Almaniyaya ekstradisiya etmir

Polşa “Şimal axını 2” partlayışı ilə bağlı bir ukraynalını Almaniyaya ekstradisiya etmir

12:17
Bəyəndim (1) Bəyənmədim (0)

Polşa Berlinin “Şimal axını 2” və “Şimal axını 2” qaz kəmərlərinin sıradan çıxarılmasında əli olduğu iddia edilən ukraynalı Vladimir Z.-ni Almaniyaya təhvil verməyə tələsməyəcək.

“Bunu Polşa xüsusi xidmət orqanlarının nazir-koordinatoru Tomaş Siemonyak və Polşa prezidentinin kansler departamentinin beynəlxalq siyasət bürosunun rəhbəri Marçin Pşidaç deyib. Bəyanatlar Onet portalı dərc edilib.

Nazir qaz kəmərinin partladılması ilə bağlı işin kifayət qədər ciddi olduğunu, lakin mümkün ekstradisiya ilə bağlı qərarın məhkəmə tərəfindən veriləcəyini bildirib. Məhkəmə qərarını “mütləq əminliklə” verməlidir.Nazir onu da bildirib ki, “tələsik hərəkət üçün heç bir əsas yoxdur”. Polşa hüquqi dövlətdir və Almaniyanın apellyasiya şikayəti vermək və Avropa həbs qərarı vermək hüququ var. Ancaq son qərar almanların ixtiyarında deyil.

"Lakin qərarı vəziyyəti qiymətləndirdikdən sonra Polşa məhkəməsi verəcək və mən hakimlərin müdrikliyinə, vəziyyəti hərtərəfli qiymətləndirməsinə, media və siyasətçilərin təsirinin olmamasına inanıram", - nazir qeyd edib.

Əziz Mustafa