Makron Əliyevi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına  görə təbrik edib

Makron Əliyevi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına görə təbrik edib

07:53
Bəyəndim (0) Bəyənmədim (0)

Kopenhagendə Azərbaycan və Fransa prezidentləri arasında görüş keçirilib. Görüşdə

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması tarixi əhəmiyyət kəsb edir. Bu barədə rəsmi məlumatda deyilir

“Fransa prezidenti Əliyevi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəliləyişində əldə olunan nəticələrə görə təbrik edib”, - deyə məlumatda bildirilir.

Əliyev öz növbəsində ABŞ Prezidentinin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan nəticələrin regional sülh gündəliyinin irəliləyişində tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O əlavə edib ki, hazırda sülh gündəminin irəliləməsi üçün müxtəlif istiqamətlərdə əməkdaşlıq aparılır.

Prezidentlər Kopenhagendə Bakı ilə Paris arasında münasibətləri, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər. Söhbət zamanı Azərbaycan ilə Fransa arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb”.

Əziz Mustafa