Putin Ukraynadakı müharibə ilə bağlı bir sıra yalan və kinli bəyanatlar verib

Putin Ukraynadakı müharibə ilə bağlı bir sıra yalan və kinli bəyanatlar verib

14:15
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Valday Forumunda çıxışı zamanı ikiüzlü şəkildə bildirib ki, guya ruslar “ukraynalıların əzab çəkməsinə baxmaqdan əziyyət çəkirlər”.

"Kiyevi Moskvaya qarşı qoyanlar nə Rusiyanın, nə də Ukraynanın maraqlarına əhəmiyyət verə bilməzdilər. Əgər Tramp hakimiyyətdə olsaydı, NATO Rusiya sərhədlərinə yaxınlaşmasaydı, Ukraynadakı münaqişənin qarşısını almaq olardı".

Onun fikrincə, Qərb üçün Ukraynadakı vəziyyət guya “böyük oyunda kart, bəhanə və öz məqsədlərinə çatmaq və müharibədən az da olsa pul qazanmaq yoludur”.

O, rüsvayçılıqla Ukraynada atəşkəsin olmamasına görə məsuliyyətin ilk növbədə Avropanın üzərinə düşdüyünü iddia edib:

“Avropa Ukraynadakı münaqişəni daim gücləndirir, onların başqa məqsədləri yoxdur”.

Putin həyasızcasına Ukrayna ordusunu “fəhlə-kəndli ordusu” adlandırıb və qeyd edib ki, Rusiya ordusu da itkilər verir və fərarilər var, lakin guya bu, xeyli azdır.

Rusiya prezidenti həmçinin şikayət edib ki, Rusiya iki dəfə NATO-ya üzvlük üçün müraciət edib, lakin rədd cavabı alıb.

Əziz Mustafa