Ukrayna Nikaraqua ilə diplomatik əlaqələri kəsdi

Ukrayna Nikaraqua ilə diplomatik əlaqələri kəsdi

11:10
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna rəsmi olaraq Nikaraqua Respublikası ilə diplomatik əlaqələri kəsib. Səbəb ölkənin müvəqqəti olaraq işğal olunmuş Ukrayna əraziləri üzərində Rusiyanın “suverenliyini” tanımasıdır.

RBC-Ukrayna xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa sosial şəbəkədə məlumat verib.

“Bu qərar Nikaraquanın Rusiyanın Donetsk, Luqansk, Zaporojya, Xerson vilayətlərində və Krımda müvəqqəti işğal olunmuş Ukrayna əraziləri və Krım üzərində qondarma “suverenliyini” tanımasına cavab olaraq qəbul edilib”.

O vurğulayıb ki, Ukrayna bu qərarı onun suverenliyinə və ərazi bütövlüyünə qəsdən zərbə vurmaq cəhdi, Konstitusiyanın, BMT Nizamnaməsinin, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirir.

Əziz Mustafa