Almaniyada yəhudilərə qarşı hücumlar planlaşdırmaqda ittiham olunan üç nəfər həbs edilib

Almaniyada yəhudilərə qarşı hücumlar planlaşdırmaqda ittiham olunan üç nəfər həbs edilib

10:17
Bəyəndim (1) Bəyənmədim (0)

Berlində ikisi Almaniya vətəndaşı olan üç HƏMAS üzvü həbs edilib. Onlar terror təşkilatına mənsub olmaqda və Almaniyada yəhudilərə və İsrail hədəflərinə qarşı hücumlar planlaşdırmaqda ittiham olunurlar. Bu barədə Almaniya Federal Prokurorluğu mətbuata açıqlamasında bildirib.

Prokurorluq aydınlaşdırıb ki, şübhəlilər xarici terror təşkilatına üzv olmaqda və dövlət təhlükəsizliyinə təhdid yaradan ağır cinayət hazırlamaqda ittiham olunurlar.

"Ən azı 2025-ci ilin yayından etibarən onlar Almaniyada təşkilat üçün odlu silah və döyüş sursatlarının tədarükü ilə məşğul olublar. "Bu silahlar HƏMAS üçün Almaniyada İsrail və ya yəhudi hədəflərinə qarşı cinayətlər törətmək üçün nəzərdə tutulub", - prokurorluğun mətbuata açıqlamasında deyilir.

Sentyabrın 10-da alman siyasətçisi Sahra Vaqenknext Almaniya hökumətini İsrailin Qətərə hərbi hücumunu pisləməyə və Təl-Əvivə silah satışını qadağan etməyə çağırıb. O, həmçinin bəyan edib ki, Almaniya Fələstini suveren dövlət kimi tanımalıdır.

Əziz Mustafa