
Çində mafiya sindikatının üzvləri ölümə məhkum edilib
Çində eyni ailənin üzvlərinin də daxil olduğu mafiya sindikatının rəhbərləri edam cəzasına məhkum edilib. Bu barədə China Daily xəbər verir.
Vençjou Şəhər Xalq Məhkəməsi Myanmanın Laukkay şəhərində saxta zəng mərkəzləri, qanunsuz kazinolar və narkotik ticarəti ilə məşğul olan cinayət sindikatının 39 üzvünü cəzalandırıb. Çinin şimal sərhədində fəaliyyət göstərən silahlı qruplaşmanın qohumları da var.
Müttəhimlər 14 Çin vətəndaşının qətli və daha 6 nəfərin bədənə ağır xəsarət yetirilməsi də daxil olmaqla 14 maddə ilə ittiham olunublar.
Cinayətkar qrupun iki lideri ölüm cəzasına məhkum edilib. Digər beş üzvün edamı iki il müddətinə təxirə salındı; lakin qəzetin qeyd etdiyi kimi, belə hallarda ölüm cəzası çox vaxt ömürlük həbslə əvəzlənir. Qalan təqsirləndirilən şəxslərə 5 ildən 24 ilə qədər həbs cəzası verilib.
Əziz Mustafa