
Rochdale pedofil dəstəsinin lideri 35 il müddətinə azadlıqdan məhrum edilib
İngiltərədə Mançester şəhərinin ətrafı Roçdeyldə məktəbli qızları zorlayan pedofil dəstəsinin rəhbərinə hökm oxunub. Üç uşaq atası olan 65 yaşlı Məhəmməd Zahid iki azyaşlı uşağın zorlanması və fahişəliyə məcbur edilməsi ittihamı ilə 35 il müddətinə azadlıqdan məhrum edilib. Britaniya mediasının, o cümlədən The Times-ın məlumatına görə, Zahid iyun ayında 2001-2006-cı illər arasında uşaqlara qarşı törədilən çoxsaylı cinayətlərdə təqsirli bilinən yeddi nəfərdən biri olub.
Mançester pedofil dəstəsinin özünün açılması böyük qalmaqala səbəb oldu və miqrantlara qarşı kütləvi, bəzən də şiddətli etirazların katalizatoruna çevrildi. Dəstə üzvlərinin hamısı etnik azlıqlara mənsub idi və polis qızların özlərindən və sosial xidmət işçilərindən xəbər almasına baxmayaraq, mümkün irqçilik ittihamlarından qorxaraq hərəkətə keçməyib.
Əziz Mustafa