
Pavel Durov 2018-ci ilin yazında zəhərləndiyini düşünür
“VKontakte” sosial şəbəkəsinin və “Telegram” mesajlaşma proqramının yaradıcısı Pavel Durov 2018-ci ildə zəhərlənmə cəhdindən sağ çıxdığından şübhələnir.
Oxuməni.az “Meduza.io”ya istinadla xəbər verir ki, o, bu barədə podkaster Leks Fridmana müsahibəsində bildirib.
Durovun sözlərinə görə, bu, 2018-ci ilin yazında, o, TON layihəsi üçün maliyyə axtararkən baş verib və "bir neçə ölkə Telegram-ı bloklamağa çalışırdı". Durov həmin vaxt kirayədə tək yaşayırdı (hansı ölkəni açıqlamayıb). Deyib ki, onun “qəribə” qonşusu var idi. Bir gün sahibkar evə qayıdarkən bu qonşu Durovun qapısına “nəsə” qoyub. Qayıdandan bir saat sonra Durovun halı pisləşib.
"Bütün bədənimdə ağrı hiss etdim. Yataqdan qalxıb tualetə getməyə çalışdım. Amma ora gedərkən bədənim bağlanmağa başladı. Əvvəlcə görmə və eşitmə, sonra nəfəs almaq çətinləşdi. "Bütün bunlar son dərəcə şiddətli ağrılarla müşayiət olundu. Ürəyim, mədəm, bütün qan damarlarım. Bunu izah etmək çətin idi, amma bir şeyə əmin idim: “Yaxşı, deyəsən buda son”. Ertəsi gün yerdə oyandım, ayağa qalxa bilmədim. Mən inanılmaz dərəcədə zəif idim. Bütün bədənimdə qan damarları partladı. Əvvəllər bu mənim başıma gəlməmişdi. Bundan sonra iki həftə yeriyə bilmədim”, - Durov bildirib.
O əlavə edib ki, komanda üzvlərinə heç nə deməyib və hadisəni ictimaiyyətə açıqlamayıb. "Ancaq çətin idi. Əvvəllər heç xəstə olmamışdım. Sağlamlığım mükəmməldir", - Telegram-ın yaradıcısı etiraf edib.
Durov iddia edilən zəhərlənmə cəhdində kimin şübhələndiyini açıqlamayıb.
Almaz Həsənli