Avqustda Özbəkistanda qaz hasilatı  azalıb, elektrik enerjisi istehsalı isə artıb

Avqustda Özbəkistanda qaz hasilatı azalıb, elektrik enerjisi istehsalı isə artıb

15:22
Bəyəndim (1) Bəyənmədim (0)

Avqustda Özbəkistan 3,53 milyard kubmetr təbii qaz hasil edib. Bu barədə Milli Statistika Komitəsinin “Gazeta”da dərc etdiyi hesabatda deyilir. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 6,6% (252 milyon kubmetr) azdır. Mart və aprel aylarında stabilləşdikdən sonra (artım 0,18% və 1,05%) qaz hasilatı son üç ayda sürətlənərək azalmağa başlayıb.

İlin əvvəlindən (yanvar-avqust aylarında) hasilat həcmi ötən ilin 8 ayı ilə müqayisədə 3,5% və ya 1,03 milyard kubmetr azalaraq 28,9 milyard kubmetr təşkil edib. 2019-cu ilin eyni dövrü ilə müqayisədə (40,3 milyard kubmetr) azalma 11,4 milyard kubmetr olub.

Xatırladaq ki, Özbəkistanda elektrik enerjisinin 70-80%-i qazın yanması hesabına əldə edilir, baxmayaraq ki, bu yanacağın istehsalda payı getdikcə azalır. Səkkiz ayda ümumi elektrik enerjisi istehsalı ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 3,2 faiz (1,76 milyard kilovatsaat) artaraq 56,4 milyard kilovatsaata çatıb.

Bir ayla müqayisədə avqust ayında hasilat 4 faiz artaraq 7 milyard kilovatsaata çatıb.

Əziz Mustafa