
Ermənistan hakimiyyəti elmi dərəcələri “ləğv etdi”
Ermənistan hakimiyyəti vahid qanunvericilik aktı ilə ölkənin elmi ictimaiyyətini professor və dosent titullarından məhrum edib, elmi dərəcələrin verilməsi prosesini hüquqi əsassız qoyub.
Oxuməni.az-ın “Vestnik Kavkaza”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Yeni qanunda əvvəllər qüvvədə olan “Ali və ali təhsildən sonrakı peşə təhsili haqqında”, “Elmi və elmi-texniki fəaliyyət haqqında” və “Milli Elmlər Akademiyası haqqında” qanunlar birləşdirilib – mətnində yalnız namizədlik və doktorluq dərəcələri qalıb.
"Səhvlə və ya qəsdən elmi adlarla bağlı bütün maddələr çıxarılıb. İndi Ermənistan qanunvericiliyində professor və ya dosentin nə olduğunu müəyyən edən heç bir sənəd yoxdur və namizədlik və doktorluq dərəcəsi alanların hamısı doktor olacaq", - təhsil eksperti Atom Mxitaryan deyir.
“Sputnik Ermənistan” xəbər verir ki, ekspert qeyd edib ki, sənəd gənc alimlərin karyera yüksəlişini effektiv şəkildə bağlayır, onları stimullardan məhrum edir. Digər problem odur ki, yeni qanun erməni alimlərini beynəlxalq rəqabət və xaricdə müəyyən vəzifələrə müraciət etmək imkanından faktiki olaraq məhrum edir, çünki onların doktorluq statusu tələb olunacaq, ekspert qeyd edib.
Ermənistanın hələ də qüvvəyə minməmiş qanuna dəyişiklik etməklə bunu həll etmək imkanı var. Əks halda, heç bir qanunvericilik vəziyyəti düzəldə bilməyəcək, hökumətin heç bir fərmanı ola bilməyəcək, Atom Mxitaryan əlavə edib.
Almaz Həsənli