Uitkoff Trampın xüsusi nümayəndəsi postundan ayrılacaq

Uitkoff Trampın xüsusi nümayəndəsi postundan ayrılacaq

10:32
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilin sonuna qədər istefaya gedəcək. Bu barədə “The Times of Israel” mənbəyə istinadən yazır.
Cənab Uitkoff xüsusi dövlət qulluqçusu kimi fəaliyyət göstərir ki, bu da onun səlahiyyətlərinin müddətini 130 günlə məhdudlaşdırır və uzadılma imkanı verir. “The Times of Israel”-in həmsöhbətinin sözlərinə görə, xüsusi nümayəndə Qəzza zolağında müharibənin yaxın zamanda başa çatması ehtimalı səbəbindən postundan ayrılmağa hazırlaşır.
Daha əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza zolağındakı münaqişənin həlli planını qəbul etmişdi. Al Jazeera telekanalının məlumatına görə, "HƏMAS" hərəkatı sənədi öyrənmək üçün alıb. “The Times of Israel”-in mənbəyi əlavə edib ki, tərəflər razılığa gəlsə, Stiv Uitkoff "zərif şəkildə" ayrıla bilər.
Almaz Həsənli