Vilnüsdə IKEA-da yanğın törətdiyinə görə ukraynalı dörd il həbs cəzası gözləyir

Vilnüsdə IKEA-da yanğın törətdiyinə görə ukraynalı dörd il həbs cəzası gözləyir

11:17
Bəyəndim (1) Bəyənmədim (0)

Ukraynalı Danylo Bardim keçən il Vilnüsdə IKEA-da yanğın törətməkdə şübhəli bilinir. Prokurorluq 4 il həbs cəzası istəyib. LRT xəbər verir ki, bu barədə prokuror Tomas Uldukis bildirib.

"Prokurorluq 4 il həbs cəzasının birləşdirilməsini istəyib", - Uldukis bildirib.

O, dörd ittihamın hər biri üçün nəzərdə tutulandan daha ağır cəza tələb etdiyini bildirib.

“Lakin işə kifayət qədər tez baxıldığından və məhkəmə sübutların qısaldılmış tədqiqini həyata keçirə bildiyindən, qanunda cəzanın üçdə bir qədər azaldılması nəzərdə tutulub”, - deyə prokuror izah edib.

O qeyd edib ki, hökmdən sonra təqsirləndirilən şəxs cəzasını Litvada çəkməlidir.

Gənc ukraynalı terror aktı törətməkdə, qeyri-qanuni partlayıcı saxlamaqda, terrorçulara təlim keçməkdə və terror məqsədi ilə səyahət etməkdə ittiham olunur.

Əziz Mustafa