
Polşanın 2026-cı ildə müdafiə büdcəsi təxminən 55 milyard dollar təşkil edəcək
Polşa 2026-cı ildə müdafiə sahəsinə 200 milyard zloti (54,7 milyard dollardan çox) ayıracaq ki, bu da ölkənin ÜDM-nin 4,8%-ni təşkil edir.
"Polşanın müdafiə xərcləri artmaqda davam edir. Gələn il dövlət büdcəsindən bu məqsədlər üçün 200 milyard zloti ayrılacaq ki, bu da Polşanın ÜDM-nin təxminən 4,8%-ni təşkil edir", - müdafiə naziri Kosiniyak-Kamış deyib. Bu barədə Polşa KİV-ləri xəbər verir.
Polşanın müdafiə naziri digər NATO ölkələrinin müdafiə xərclərini artırmasının vacibliyini də vurğulayıb. "NATO-nun Haaqa sammiti bu istiqamətdə, xüsusilə yeni müdafiə qabiliyyəti hədəfləri kontekstində mühüm addımdır. Biz əminik ki, bu məqsədlər şərq cinahında müdafiəni gücləndirəcək və Alyansın ərazisinin hər qarışını qoruyacaq. Qəbul edilmiş qərarların tam yerinə yetirilməsi, o cümlədən müdafiə xərclərinin artırılması üçün bütün müttəfiqlərin qəti və yekdil öhdəliyi vacib deyil".
Polşanın hərbi xərclərinin bu ilin sonuna kimi 186,6 milyard zlotiyə (51 milyard dollardan çox) çatacağı proqnozlaşdırılır ki, bu da ölkənin ÜDM-nin 4,7%-ni təşkil edir.
Əziz Mustafa