Kupyansk giriş üçün tamamilə bağlıdır; şəhərdə əks-təxribat əməliyyatı aparılır

Kupyansk giriş üçün tamamilə bağlıdır; şəhərdə əks-təxribat əməliyyatı aparılır

12:22
Bəyəndim (2) Bəyənmədim (0)

Kupyansk bu gün mülki şəxslərin girişi üçün tamamilə bağlıdır. Şəhərdə rus diversantlarına qarşı əməliyyatlar davam edir.

Bu barədə RBC-Ukrayna Kupyansk Şəhər Hərbi Administrasiyasının rəhbəri Andrey Besedinin Suspilne kanalında verdiyi açıqlamaya istinadən xəbər verir.

Onun sözlərinə görə, hazırda şəhərdə vəziyyət kritikdir.

"Kupyansk qapalı ərazidir, şəhər bütün xidmətlər üçün tamamilə bağlıdır", - Besedin qeyd edib.

O, aydınlaşdırıb ki, hərbi qulluqçular əraziyə daxil olublar və bu, təxliyyəni çətinləşdirir. Yeganə yol dinc əhalinin müxtəlif yollarla şəhəri tərk etməsidir. Şəhərdən kənarda könüllülər, Fövqəladə Hallar Xidməti və ya polis təxliyyə etmək istəyənləri götürəcək. Alternativ olaraq mülki əhali birbaşa ordu ilə əlaqə saxlaya bilərlər.

Əziz Mustafa