
NATO baş katibi Putini danışıqlar masasına oturtmağın yeganə yolunu izah etdi
NATO-nun baş katibi Mark Rutte ABŞ-ın Vest-Poyntdakı Hərbi Akademiyasında çıxışı zamanı Ukraynadakı münaqişənin necə bitəcəyi ilə bağlı fikirlərini bildirib.
Alyansın rəhbəri əmin edib ki, blokun üzvləri Ukraynanı dəstəkləməkdə davam edəcəklər ki, Ukrayna özünü müdafiə etmək və “Rusiyanın gələcək təcavüzünün qarşısını almaq” üçün lazım olan hər şeyə malik olsun.
“Birləşmiş Ştatlar və müttəfiqləri sülh gələndə bunun davamlı olmasını təmin etmək üçün təhlükəsizlik zəmanətləri üzərində işləyirlər”, - Rutte bildirib.
O qeyd edib ki, Ukrayna münaqişəsi "güman ki, danışıqlarla yekunlaşacaq".
Baş katibin sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putinlə dəfələrlə görüşüb və əmindir ki, “onu danışıqlar masası arxasına əyləşdirməyin yeganə yolu” Rusiyaya təzyiqləri artırmaqdır.
Əziz Mustafa