
Miçiqan ştatında kilsədə baş verən atışma nəticəsində azı 6 nəfər yaralanıb
Miçiqan kilsəsində baş verən atışmada ölənlərin sayı 4 nəfərə çatıb.
Associated Press-in məlumatına görə, Miçiqan ştatında İsa Məsihin Son Zamanlar Kilsəsində baş verən atışma nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
Naməlum silahlı şəxs “Chevy Silverado” markalı yük maşını binaya çırpılıb, sonra isə camaata atəş açıb. Həmin vaxt içəridə 100-ə yaxın adam olub. Silahlı şəxs daha sonra kilsəni yandıraraq, onu tamamilə məhv edib.
“The New York Post”un məlumatına görə, əsas şübhəli şəxs 40 yaşlı Tomas Ceykob Sanforddur. O, polislə atışma zamanı hadisə yerində öldürülüb.
Əziz Mustafa
Digər xəbərlər