Bəyin qohumları gəlini cehiz üçün zəhərli ilan olan otağa bağlayıblar

Bəyin qohumları gəlini cehiz üçün zəhərli ilan olan otağa bağlayıblar

14:40
Bəyəndim (2) Bəyənmədim (0)


Hindistanın Kanpur şəhərində bəyin qohumları cehiz mübahisəsi zəminində gəlini zəhərli ilan olan otağa kilidləyiblər. Bu barədə “India Today” məlumat yayıb.
Gənc cütlüyün toyundan sonra bəyin yaxınları gəlinin ailəsindən əlavə cehiz tələb ediblər. 25 yaşlı qadının qohumları tabe olmaqdan imtina etdikdə onu otağa bağlayaraq zəhərli ilan buraxıblar. İlan gəlini dişləyib. O, xəstələnsə də, bəyin qohumları ona kömək etməkdən imtina ediblər.
Gəlin xəstəxanaya yalnız bacısı müdaxilə etdikdən sonra aparılıb. Polis gənc qadının qayınanası və baldızı da daxil olmaqla 7 nəfərə qarşı iş açıb. İnsident sentyabrın 18-də Koloneleganc rayonunda baş verib. Bu rayonda, belə hallar rəsmən qadağan olunmasına baxmayaraq, cehizlə bağlı ənənəvi mübahisələr hələ də geniş yayılmış bir problem olaraq qalır.
Almaz Həsənli