ABŞ-da  ağır cinayətlərə görə ölüm cəzası veriləcək

ABŞ-da ağır cinayətlərə görə ölüm cəzası veriləcək

07:48
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsində törədilən cinayətlərə görə ölüm cəzası tətbiq edib. Administrasiyanın sərəncamı vətəndaşların profilaktik müdafiəsinin gücləndirilməsinə və ağır cinayətlərin sayının azaldılmasına yönəlib. Bu barədə Oxuməni.az Ağ Ev-ə istinadən məlumat yayıb.

Cümə axşamı, sentyabrın 25-də ABŞ prezidenti Donald Tramp Kolumbiya dairəsində ağır cinayətlərə görə ölüm cəzasına icazə verən fərman imzalayıb. Sənəd Ağ Evin rəsmi saytında dərc edilib və imzalandıqdan dərhal sonra qüvvəyə minir.

Sərəncamda qeyd olunur ki, ictimai təhlükəsizliyin qorunmasına həsr olunmuş 20 yanvar 2025-ci il tarixli 14164 saylı İcra Sərəncamında təsbit olunduğu kimi, ölüm hökmü bərpa edilir.
Baş prokuror və Amerika Birləşmiş Ştatlarının Kolumbiya dairəsi üzrə müvəkkili federal ölüm cəzası qanunlarını tətbiq etməlidirlər. Sübutların və şəraitin hərtərəfli təhlili belə bir cəzaya haqq qazandıran bütün hallarda onlar ölüm cəzasına müraciət etməlidirlər.

Əziz Mustafa