
Almaniyada “Bavariya” restoranı israillilərin girişinə qadağa qoyub
Almaniyada yerləşən “Bavaria” restoranı Qəzzada hərbi əməliyyatlara görə israilli turistlərə qadağa qoyub. Oxuməni.az xəbər verir ki, bu barədə “Mignews.com” məlumat yayıb.
Restoranın girişindəki lövhədə "Biz hesab edirik ki, uşaqlar heç bir halda əziyyət çəkməməlidir. Biz bütün dünya kimi səssiz qalmayacağıq," -restoranın girişindəki lövhədə bildirilir.
“Biz etiraz etmək qərarına gəldik və bizim etirazımız nə siyasi, nə də irqçi xarakter daşımır. Biz artıq öz müəssisəmizdə israilliləri qəbul etmirik. Onlar gözlərini, qulaqlarını və qəlblərini açmağa qərar verəndə onları yenidən qəbul etməkdən məmnun olacağıq,”-deyə bildirilir.
İsrailin bu ölkədəki səfirliyi belə cavab verib: "1930-cu illər qayıdıb. Bu etiraz deyil, açıq-aşkar antisemitizmdir".
Almaz Həsənli