
Ərdoğan Makronla zarafat edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında görüşü zamanı Fransa lideri Emmanuel Makronla zarafat edib. Bu barədə jurnalist Raqip Soylu X sosial şəbəkədəki səhifəsində məlumat verib.
Salamlaşma zamanı iki lider bir-birindən hallarını soruşublar. Makron xoşbəxt olduğunu bildirsə də, Türkiyə lideri “Deməli yaxşı olduğu vaxtları da olur” deyə cavab verib.
"Ərdoğan və Makron arasında yöndəmsiz görüş. Ərdoğan zarafat edir ki, Makron bəzən özünü yaxşı hiss edir", - jurnalist yazıb.
Bundan əvvəl Makron ABŞ-da polis tərəfindən saxlanılıb. Fransa prezidentinin BMT-nin mənzil-qərargahındakı çıxışından sonra Nyu-Yorkdan keçdiyi, lakin ABŞ prezidenti Donald Trampın kortejini qəbul etmək üçün küçələri bağlayan polis tərəfindən saxlanıldığı bildirilir.
Almaz Həsənli