ABŞ hökuməti mümkün kütləvi ixtisarlara hazırlaşır

ABŞ hökuməti mümkün kütləvi ixtisarlara hazırlaşır

10:15
Bəyəndim (3) Bəyənmədim (0)


Tramp administrasiyası federal qurumlara hökumətin potensial bağlanması zamanı kütləvi ixtisarlar halında işçilərin sayını azaltmaq üçün planlar hazırlamağı tapşırıb.

"Politico"nun yazdığına görə, dövlət qurumları oktyabrın 1-dən maliyyələşməsi dayandırılacaq “proqramları, layihələri və fəaliyyətləri müəyyən etməlidir”. İxtisar olunacaq qurumlara Sosial Təminat, Medicare, veteranların müavinətləri, hərbi əməliyyatlar, hüquq-mühafizə orqanları, İmmiqrasiya və Gömrük Mühafizəsi, Gömrük və Sərhəd Mühafizəsi, Hava hərəkətinə nəzarət daxildir. Konqres 30 sentyabr tarixinə qədər federal maliyyələşdirmə qanun layihəsini uğurla qəbul edərsə, işçilərin ixtisarına ehtiyac olmayacaq.

Donald Tramp daha əvvəl Senatdakı fikir ayrılıqlarından sonra hökumətdə ixtisar ehtimalını gündəmə gətirmişdi. Demokratlar Obamacare subsidiyalarına 350 milyard dollar ayırmaq və aztəminatlı, əlillər və digər həssas şəxslər üçün tibbi xərcləri ödəməyə kömək edən federal Medicaid proqramına 1 trilyon dollarlıq xərclərin kəsilməsini ləğv etmək istəyirlər. Respublikaçılar isə ümid edirlər ki, bağlanma yaxınlaşdıqca demokratlar öz tələblərindən geri çəkiləcək və razılaşacaqlar.

Əziz Mustafa