Husilərə məxsus pilotsuz təyyarə İsrailı hücum edib, onlarla insan yaralanıb

Husilərə məxsus pilotsuz təyyarə İsrailı hücum edib, onlarla insan yaralanıb

12:23
Bəyəndim (3) Bəyənmədim (0)

.Yəməndən atılan Ənsar Allah (Husi) təşkilatına məxsus hücum pilotsuz təyyarəsi İsrailin Eylat şəhərinə zərbə endirib. Hücum nəticəsində ən azı 20 nəfər yaralanıb.

Bu barədə “Times of Israel” məlumat yayıb.

Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri husilərə məxsus pilotsuz uçan aparatın qarşısını ala bilməyib. “Dəmir günbəz” sistemindən iki raket pilotsuz təyyarəyə atılıb, lakin heç biri hədəfinə dəyməyib. Hazırda Hərbi Hava Qüvvələri araşdırma aparır.

Bu arada təcili yardım xidməti hücumda yaralanan 20 nəfərin xəstəxanalara aparıldığını bildirib. Hərbi Hava Qüvvələri onları təxliyə etmək üçün helikopterlər yerləşdirib.

Xəsarət alanlar arasında 60 yaşlarında iki nəfərin vəziyyəti ağır, birinin vəziyyəti orta ağır, 17 nəfərin isə yüngül xəsarət aldığı bildirilir. Husilərə məxsus pilotsuz təyyarənin İsrailin cənubundakı kurort şəhərciyində ticarət sahəsinə hücumu zamanı qurbanların əksəriyyəti qəlpə yaraları alıb.

Əziz Mustafa