Daşkənd sentyabrın sonuna kimi Çindən 200 elektrik avtobusu alacaq

Daşkənd sentyabrın sonuna kimi Çindən 200 elektrik avtobusu alacaq

16:00
Bəyəndim (1) Bəyənmədim (0)

Çinin Xorqos şəhərindən Qazaxıstan vasitəsilə Özbəkistana 100 ədəd elektrik avtobusu göndərilib, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Elektrikli avtobuslar və enerji doldurma avadanlığı Yutong Bus şirkəti tərəfindən təmin edilir. Layihə Uzpromstroybank və 2024-cü ildə Özbəkistanda nümayəndəliyi açılmış Çin Eksimbankının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində bütün 200 elektrik avtobusunun çatdırılmasının sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır.

İyul ayında “Toşşəhərtransxizmat” Daşkənd üçün xüsusi olaraq Orta Asiya üçün nəzərdə tutulmuş 200 Yutong elektrik avtobusu almağı planlaşdırdığını açıqlamışdı.

Yutong elektrik avtobusları 20 nəqliyyat vasitəsinin alındığı 2022-ci ilin əvvəlindən Daşkənddə xidmətdədir. 2023-cü ildə şirkət Özbəkistanın paytaxtına 800 avtobus, o cümlədən 300 elektrik avtobusu və 500 CNG avtobusu çatdırıb.

Əziz Mustafa