Ukrayna Xarici İşlər Nazirliyi sərt bəyanat yayıb

Ukrayna Xarici İşlər Nazirliyi sərt bəyanat yayıb

12:27
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna Xarici İşlər Nazirliyi Panama bayrağı altında üzən “HENG YANG 9” konteyner gəmisinin müvəqqəti işğal altında olan Sevastopol limanına səfərini pisləyib.

Bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin sözçüsü Heorhi Tıxyi deyib.

Tixyi bəyan edib ki, bu cür hərəkətlər beynəlxalq hüququn və Ukrayna qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Onun sözlərinə görə, Çinin Guangxi Changhai şirkətinə məxsus gəminin yanlış marşrut məlumatı ötürməklə öz hərəkətlərini qəsdən gizlətməsi xüsusilə qəzəb doğurur. Bu, Ukrayna diplomatik xidmətinin qeyd etdiyi kimi, pozuntunun qəsdən törədildiyini təsdiqləyir.

Hadisə ilə bağlı Ukraynanın Çindəki səfirliyi Çin Xarici İşlər Nazirliyinə rəsmi nota göndərib. Ukrayna həmçinin Beynəlxalq Dəniz Təşkilatına (IMO) pozuntu barədə məlumat verib.

“Biz Pekini gələcəkdə oxşar insidentlərin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq və ondan Çin şirkətlərinin Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində işğalçı hakimiyyətlərlə əməkdaşlığının qarşısını almaq üçün bəyan edilmiş siyasətinə riayət etməyi tələb edirik”, - XİN-in bəyanatında deyilir.

Əziz Mustafa