Ərdoğan: NATO Rusiya və Ukrayna ilə münasibətlərdə Türkiyədən nümunə götürməlidir

Ərdoğan: NATO Rusiya və Ukrayna ilə münasibətlərdə Türkiyədən nümunə götürməlidir

15:08
Bəyəndim (1) Bəyənmədim (0)


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, NATO Rusiya və Ukrayna ilə münasibətlərdə Türkiyədən nümunə götürməlidir. “NATO bizim həm Rusiyaya, həm də Ukraynaya tətbiq etdiyimiz modeldən istifadə etməlidir”, o, “Fox News”a müsahibəsində deyib.

Müsahibədə cənab Ərdoğan Rusiya ilə Ukrayna arasında münaqişənin tezliklə bitəcəyinə inanmadığını da bildirib. O, həmçinin bəyan edib ki, Avropa Ukraynaya “əbədi” iqtisadi yardım göstərə bilməz.

Xatırladaq ki, iyulun 23-də İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında münaqişənin həlli yollarının tapılmasına həsr olunmuş danışıqların üçüncü raundu keçirilib. Bu görüş zamanı Rusiya tərəfi mübahisəli məsələləri onlayn müzakirə etmək üçün üç işçi qrupunun yaradılmasını təklif edib. Ukrayna nümayəndələri bu təklifə baxacaqlarına söz veriblər. Rusiya prezidentinin köməkçisi və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski qeyd edib ki, üçüncü raundda münaqişənin dayandırılması prinsipləri ilə bağlı iki tərəf arasında anlaşma memorandumlarının müzakirəsinə xeyli vaxt ayrılıb. Bundan əvvəl Ərdoğan Ukraynadakı münaqişənin tezliklə bitəcəyinə şübhə etdiyini bildirib.

Oxuməni.az