
Rusiyanın qonşuları Kremlin növbəti hədəfinə çevrilməkdən qorxurlar
Rusiyanın qonşu dövlətləri təcavüzkar ölkə tərəfindən işğal olunacağından qorxurlar.
The Guardian-ın verdiyi məlumata görə, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bildirib. Rasmussen qeyd edib ki, Rusiya qırıcılarının Estoniya hava məkanına soxulması "ehtiyatsızlıq və təhlükəli" idi. O, dəqiqləşdirib ki, təyyarə Tallinndən 10 kilometr şimalda uçurdu.
"Şübhə olmamalıdır: Rusiya tərəfindən Estoniyanın suverenliyi və ərazi bütövlüyünün bu son pozulmasını pisləyirəm. Estoniyaya dəstəyimiz sarsılmaz olaraq qalır", - nazir əlavə edib.
Onun sözlərinə görə, Rusiyanın bu cür təxribatları “ölkələri qorxutmaq və onları Ukraynaya dəstəyi dayandırmağa məcbur etmək, bizim qətiyyətimizi sınamaq” məqsədi daşıyır.
"Rusiya açıq şəkildə inanır ki, Ukraynada, Baltik və Qara dənizlərdə və bütün Şərqi Avropada cəzasız hərəkət edə bilər", - Rasmussen qeyd edib.
Oxuməni.az