Britaniya NATO ölkələri üzərində Rusiya təyyarələrini vurmağa hazır olduğunu bəyan edib

Britaniya NATO ölkələri üzərində Rusiya təyyarələrini vurmağa hazır olduğunu bəyan edib

14:43
Bəyəndim (1) Bəyənmədim (0)

Böyük Britaniya “lazım gələrsə” NATO-ya üzv ölkələr üzərində Rusiya təyyarəsini vuracaq. Sky News-in verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper deyib.

"NATO hava məkanında icazəsiz uçan təyyarələrlə qarşılaşmalı olsaq, bunu edəcəyik" dedi.

Kuper Rusiyanın son hərəkətlərini "təhlükəli və ehtiyatsız" və suveren dövlətlərin ərazi bütövlüyünə və Avropanın təhlükəsizliyinə xələl gətirə biləcək hərəkətlər adlandırıb. O əlavə edib ki, Rusiyanın düşünülmüş hərəkətləri NATO ilə Rusiya arasında birbaşa silahlı qarşıdurmaya səbəb ola bilər.

"Bizim ittifaqımız müdafiə xarakteri daşıyır, lakin heç bir illüziyaya qapılmayın, biz NATO hava məkanını və ərazisini müdafiə etmək üçün bütün lazımi tədbirləri görməyə hazırıq. Ayıq-sayıqıq. Biz qətiyyətliyik", - Kuper deyib.

Böyük Britaniyanın xarici işlər naziri bəyan edib ki, Rusiya Ukraynaya hücumları artıraraq və Polşa, Rumıniya və Estoniyanın hava məkanına "ehtiyatsız" müdaxilələr etməklə "BMT Nizamnaməsindən irəli gələn əsas öhdəliklərini pozmaqda" davam edir.

Oxuməni.az