Portuqaliya Fələstin dövlətini rəsmən tanıyıb

Portuqaliya Fələstin dövlətini rəsmən tanıyıb

11:11
Bəyəndim (3) Bəyənmədim (0)


Portuqaliya Fələstin dövlətini rəsmən tanıyıb. Böyük Britaniya, Kanada və Avstraliya əvvəllər belə etmişdilər.

Bu barədə Oxuməni.az Portuqaliyanın xarici işlər naziri Paulo Rangelin Portuqaliya mətbuatında dərc olunan bəyanatına istinadən məlumat yayıb.

Xarici işlər naziri Paulo Rangel sentyabrın 21-də Nyu-Yorkda olarkən Fələstin dövlətini rəsmən tanıyıb.

Bu qərar həmin gün Böyük Britaniya, Kanada və Avstraliya tərəfindən də ratifikasiya edilib.
Onlar bunu bazar ertəsi, sentyabrın 22-nə planlaşdırılan konfrans ərəfəsində ediblər.

Həmin gündən etibarən 147 ölkənin Fələstini dövlət kimi tanıdığı bildirilir ki, bu da Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinin 75 faizini təşkil edir.

BMT Baş Assambleyasının 1947-ci il qətnaməsinə əsasən, plan Yaxın Şərqdə iki dövlətin - İsrail və Fələstinin yaradılmasından ibarət idi. Lakin fələstinli qruplar ərazisiz qaldı və İsrailə qarşı terror müharibəsinə başladılar.

Əziz Mustafa