Suriyada Əsəddən sonrakı ilk seçkilərin yeni tarixi müəyyənləşib

Suriyada Əsəddən sonrakı ilk seçkilərin yeni tarixi müəyyənləşib

16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya Xalq Şurası (parlament) seçkilərini təxirə salıb. Seçkilər sentyabr ayına planlaşdırılmışdı, lakin indi oktyabrda baş tutacaq. Bu barədə SANA məlumat yayıb.

“Xalq Məclisinin üzvləri üçün səsvermə 2025-ci il oktyabrın 5-də bütün seçki dairələrində keçiriləcək”, - Suriya Xalq Məclisinə Seçkilər üzrə Ali Komitə bəyan edib.

Həmçinin şənbə günü komitə seçki orqanlarının üzvlərinə qarşı şikayətlərin verilməsi müddətini sentyabrın 21-i bazar gününün sonuna qədər uzadıb.

Xatırladaq ki, səsvermə əvvəlcə sentyabrın 15-20-nə təyin edilmişdi. Lakin bu həftə seçki komissiyası seçkilərin təxirə salınacağını açıqlayıb.

Oxuməni.az