İranın xarici işlər naziri Əraqçi Nyu-Yorka gəlib

İranın xarici işlər naziri Əraqçi Nyu-Yorka gəlib

07:48
Bəyəndim (1) Bəyənmədim (0)

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edib. Bu barədə TASS İran Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Əraqçi tədbirdə İran prezidenti Məsud Pezeşkianı müşayiət edəcək. Diplomat xarici həmkarları ilə də bir sıra görüşlər keçirəcək, burada ikitərəfli münasibətlər və Yaxın Şərq məsələləri müzakirə olunacaq.

Bundan əvvəl BMT-dəki diplomatik mənbə bildirib ki, Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların uzadılmaması ilə bağlı qətnaməni rədd edib, lakin Birgə Hərtərəfli Fəaliyyət Planının uzadılması üzrə danışıqlar gələn həftə, o cümlədən BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi ərzində davam etdirilə bilər.

Əziz Mustafa