Tramp:  Əfqanıstan Baqram aviabazasını qaytarmaqdan imtina etsə, mənfi nəticələrlə üzləşəcək

Tramp: Əfqanıstan Baqram aviabazasını qaytarmaqdan imtina etsə, mənfi nəticələrlə üzləşəcək

14:12
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Əfqanıstana xəbərdarlıq edib ki, Baqram aviabazasına nəzarət ABŞ-a qaytarılmasa, Kabil mənfi nəticələrlə üzləşəcək.

“Əfqanıstan Baqram aviabazasını onu tikən insanlara – Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis hadisələr baş verəcək”, – Tramp sosial media platforması TruthSocial-da yazıb.

CNN mənbələrə istinadən xəbər verir ki, Tramp “aylar ərzində öz milli təhlükəsizlik rəsmilərini hava bazasını geri qaytarmağın yollarını tapmaq üçün səssizcə sıxışdırıb”.

Londona səfəri zamanı Böyük Britaniyanın baş naziri Kir Starmer ilə keçirdiyi birgə mətbuat konfransında Tramp deyib: "Biz Baqramı Talibana verdik, indi də onu geri almağa çalışırıq".

Əziz Mustafa