Humanitar yardım aparan yük maşını sürücüsü İsrail nəzarət-buraxılış məntəqəsində atəş açaraq iki əsgəri öldürüb

Humanitar yardım aparan yük maşını sürücüsü İsrail nəzarət-buraxılış məntəqəsində atəş açaraq iki əsgəri öldürüb

16:07
Bəyəndim (1) Bəyənmədim (0)

Qəzza sakinləri üçün humanitar yardım aparan yük maşını sürən İordaniya vətəndaşı İsraillə sərhəddə yerləşən Kral Hüseyn körpüsündə (Allenbi körpüsü) atəş açıb. “The Jerusalem Post”un məlumatına görə, 20 və 60 yaşlı iki İsrail əsgəri həlak olub. Sərhəd keçid məntəqəsinin bir neçə əməkdaşı yaralanıb.

Təcavüzkar təhlükəsizlik məntəqəsinə çatmazdan əvvəl yük maşınından çıxıb və keçid məntəqəsindəki hər kəsə atəş açıb. Daha sonra bıçaqla onlara hücum edib. "Terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib", - İsrail təhlükəsizlik mənbəsi AFP-yə bildirib. İsrail Müdafiə Qüvvələri (IDF) bölgədə hücumun digər mümkün səbəbkarlarını axtarır.

Hadisədən sonra İsrail tərəfi keçidi bağlayıb. İordaniyanın Baş Təhlükəsizlik İdarəsinin AFP-yə verdiyi məlumata görə, atışma ölkə sərhədlərindən kənarda baş verib. Allenbi körpüsü İordaniya tərəfində açıq qalır.

Oxuməni.az