Böyük Britaniya Özbəkistandan gələn mövsümi işçilər üçün kvotaları artıracaq

Böyük Britaniya Özbəkistandan gələn mövsümi işçilər üçün kvotaları artıracaq

07:40
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya Özbəkistandan gələn mövsümi işçilər üçün kvotaları artıracaq, Nazirlər Kabineti yanında Miqrasiya Agentliyi sentyabrın 18-də elan edib.

Razılaşma Londonda Miqrasiya Agentliyinin direktoru Bekhzod Musayev, Özbəkistanın Böyük Britaniyadakı səfiri Ravşan Usmanov və Əmək Təminatçıları Assosiasiyasının (ALP) baş direktoru Devid Kempin iştirak etdiyi görüşdə əldə olunub.

Tərəflər həmçinin yeni mövsümi operatorlarla işə qəbul müqavilələri bağlamaq və özbəklərin təhlükəsiz və mütəşəkkil işə götürülməsi barədə razılığa gəliblər.

"Biz Özbəkistanın Miqrasiya Agentliyi ilə özbək gənclərinin Britaniya şirkətlərində işlə təmin olunması sahəsində əməkdaşlığımızı növbəti səviyyəyə qaldırmağa hazırıq", - Kamp qeyd edib.

Bir gün əvvəl Bekhzod Musayev və Rəvşən Usmanov Böyük Britaniyanın Daxili İşlər Nazirliyində Qanqmasters və Əmək Sui-istifadə Təşkilatının (GLAA) rəhbəri Eliza McCaffrey ilə görüşüb. Bu agentlik kənd təsərrüfatı, bağçılıq və digər sahələrdə fəaliyyət göstərən özəl məşğulluq və işə qəbul agentliklərinə lisenziya verir.

Əziz Mustafa