Polşa Aİ-ni 2026-cı ilin sonuna qədər Rusiya neftindən tamamilə imtina etməyə çağırıb

Polşa Aİ-ni 2026-cı ilin sonuna qədər Rusiya neftindən tamamilə imtina etməyə çağırıb

14:22
Bəyəndim (2) Bəyənmədim (0)

Polşa Rusiya ordusuna maliyyəni kəsmək və Ukraynaya müharibəni sona çatdırmaqda kömək etmək üçün Aİ ölkələrini 2026-cı ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmağa çağırıb.

Bu barədə Polşanın energetika naziri Miloş Motıkanın “The Guardian”da dərc olunmuş bəyanatında deyilir.

Rusiya pilotsuz təyyarələrinin Polşaya gəlişindən qısa müddət sonra Aİ-nin digər energetika nazirlərinə göndərdiyi məktubda Motıka yazır ki, “mövcud beynəlxalq şərait Avropa iqtisadiyyatlarının dayanıqlığının gücləndirilməsi zərurəti ilə birlikdə birgə cavab tələb edir”.

Onun sözlərinə görə, 2026-cı il üçün son tarix öhdəliyi "aydın müddətlər təyin edəcək və siyasi və strateji risklərlə yüklənmiş neft tədarüklərindən müstəqilliyə nail olmaq əzmimizi nümayiş etdirəcək".

Polşa həmçinin Rusiya enerjisinə ən çox ehtiyacı olan ölkələr üçün alternativ təmin etməyə kömək edəcək "koordinasiya edilmiş kompensasiya mexanizmləri"nə çağırıb.

Oxuməni.az