Latviyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs edilib

Latviyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs edilib

08:13
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya xüsusi xidmət orqanlarına casusluqda şübhəli bilinən Latviya vətəndaşı nəzarətə götürülüb, Latviya Dövlət Təhlükəsizlik Xidməti (DSG) məlumat yayıb.

Latviya kəşfiyyat xidmətinin məlumatına görə, həmin şəxs Rusiya kəşfiyyatına ölkədəki hərbi obyektlərin yeri və təhlükəsizlik tədbirləri barədə məlumat verib. Latviyanın NATO müttəfiqlərinin ölkədə yerləşdirilən qoşunları və ölkədə yeni hərbi obyektlərin tikintisi ilə bağlı məlumatlar da Rusiyaya ötürülüb. Latviya SSG hazırda şübhəli şəxsdən götürülmüş saxlama cihazlarını təhlil edir.

Əziz Mustafa