
Modi ABŞ-ın Ukrayna ilə bağlı sülh təşəbbüslərini dəstəklədiyini bildirib
Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla telefon danışığını şərh edərkən bildirib ki, Hindistan Ukrayna böhranının sülh yolu ilə nizamlanması üzrə Vaşinqtonun təşəbbüslərini alqışlayır.
Modi X sosial şəbəkəsində yazıb: “Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair təşəbbüslərinizi dəstəkləyirik”.
Eyni zamanda o, Hindistan və ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirməyə davam etmək arzusunda olduğunu bildirib.
Modi həmçinin Trampa zəngə və onu 75 illik yubileyi münasibətilə təbrik etdiyinə görə təşəkkür edib.
Tramp daha sonra söhbəti təsdiqləyib.
"Dostum, baş nazir Narendra Modi ilə indicə gözəl söhbət etdim. Onu ad günü münasibətilə təbrik edirəm! O, əla iş görür", - o, "Truth" sosial şəbəkəsində yazıb.
"Rusiya və Ukrayna arasında müharibənin dayandırılmasında göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm", - prezident əlavə edib.
Oxuməni.az