Hollandiya 2026-cı ildə müdafiə xərclərini 27 milyard avroya çatdırmağı planlaşdırır

Hollandiya 2026-cı ildə müdafiə xərclərini 27 milyard avroya çatdırmağı planlaşdırır

08:18
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiya hakimiyyəti NATO-nun illik müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq öhdəliyinə uyğun olaraq, 2026-cı ildə hərbi ehtiyaclar üçün xərcləri 27 milyard avroya çatdırmaq niyyətindədir, Bloomberg xəbər verir.

“NATO-nun əvvəlki ÜDM-in 2%-i hədəfinə yalnız 2024-cü ildə nail olan Hollandiya 2026-cı ildə xərclərini ÜDM-in 2,2%-nə qədər artırmağı və müdafiəyə əlavə 3,4 milyard avro ayırmağı planlaşdırır”, - nəşr yazır.

Agentliyin məlumatına görə, Hollandiya 2035-ci ilə qədər müdafiə sahəsinə illik ÜDM-in 5%-i səviyyəsinə çatmaq niyyətindədir. Bunun üçün hakimiyyət hər il əlavə 19 milyard avro xərcləməli olacaq. Müdafiə Nazirliyi rabitə, pilotsuz təyyarələr, süni intellekt texnologiyaları və idarələr arasında təkmilləşdirilmiş qarşılıqlı fəaliyyətə investisiya qoymaq istəyir.

Bununla belə, dövlət borcunun 2025-ci ildə ÜDM-in 45%-dən 2027-ci ildə 48%-ə yüksələcəyi və böyüməyə davam edəcəyi gözlənilir. Eyni zamanda, Hollandiyada siyasi gərginlik var və növbəti ümumi seçkilər oktyabrın 29-da keçirilə bilər.Müdafiə ehtiyaclarının necə maliyyələşdiriləcəyi məsələsi gündəmin mühüm mövzusudur.

Əziz Mustafa