
Brüsseldə naməlum şəxslər Polşalı deputatın avtomobilinə atəş açıb
Polşalı deputat Valdemar Buda X sosial şəbəkəsindəki səhifəsində Brüsseldə naməlum şəxslərin onun avtomobilinə atəş açdığını bildirib.
Brüsseldə “Hüquq və Ədalət” partiyasını təmsil edən polşalı deputat Valdemar Budanın maşınına atəş açılıb. Bu barədə siyasətçi X sosial şəbəkəsində məlumat verib.
Siyasətçi hadisə yerində olmayıb. O yazıb ki, hücumun hədəfi onun maşını olub. Onun sözlərinə görə, hücum edənlər 9 dəfə dəqiq atəş açıblar.
Valdemar Buda hücumun diqqətlə planlaşdırıldığına əmindir. Hazırda Belçika xüsusi xidmət orqanları araşdırma aparır.
Oxuməni.az
Digər xəbərlər