Rusiyada xarici casus həbs edilib

Rusiyada xarici casus həbs edilib

11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Van adlı əcnəbi Rusiyada casusluq etdiyi üçün həbs edilib. Bu barədə RİA Novosti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

İş “tam məxfi” qrifi ilə qeyd olunub, ona görə də hazırda saxlanılan şəxsin vətəndaşlığı, eləcə də ittihamla bağlı konkret məlumatlar əldə etmək mümkün deyil.

"Van Yu. Ç.-nin həbs müddətinin uzadılması ilə bağlı vəsatət məhkəmədə qeydə alınıb", - Moskvanın Lefortovo Məhkəməsinin kartında deyilir.

O, 20 ilədək həbs cəzasını nəzərdə tutan casusluq maddəsi ilə ittiham olunub.

İyunun 25-də Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada onun əməkdaşlarının casusluqda şübhəli bilinən iki Moldova vətəndaşını saxladığını bildirib. Xidmətin məlumatına görə, şübhəlilər saxta sənədlərlə Rusiyaya ölkənin təhlükəsizliyinə qarşı missiyalar yerinə yetirmək üçün gəliblər.

Əziz Mustafa